21.07.2016

Buraxılış imtahanlarında 775 nəfər IX, 651 nəfər XI sinif şagirdi iştirak edib

Neftçala rayonunda 16 iyun 2016-cı il  tarixdə Tələbə Qəbulu Üzrə  Dövlət Komissiyası tərəfindən ümumi və tam orta təhsil pillələri üzrə keçirilmiş buraxılış imtahanlarında 775 nəfər IX, 651 nəfər XI sinif şagirdi iştirak etmişdir.

İmtahanların nəticələrinə görə  IX siniflər üzrə məzunların 65,16 %-i,  XI siniflər üzrə isə məzunların 62,18 % -i müsbət qiymətlər almışlar.

Tədris ili ərzində ümümtəhsil məktəblərində IX və XI buraxılış sinif  şagirdlərinin  bilik səviyyəsinin yüksəldilməsi rayon Təhsil Şöbəsi və məktəb rəhbərlərinin gündəlik diqqət mərkəzində saxlanılmışdır.

Görülən işlərin nəticəsi olaraq müqayisə üçün bildirmək olar ki,ötən il göstəricilər IX siniflər üzrə 59%, XI siniflər üzrə 60% olmuşdur.

Göründüyü kimi ötən il ilə müqayisədə XI siniflər üzrə 2%, IX siniflər  üzrə isə 6% yüksək nəticə olmuşdur.


Açar sözlər: ,  ,