07.11.2016

Neftçala şəhər 3 nömrəli tam orta məktəbdə açıq dərs

7 noyabr 2016-cı il tarixində Neftçala şəhər  Heydər Əliyev mərkəzində Neftçala şəhər N.Gəncəvi adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və  ədəbiyyatı müəllimi Aytəkin Axundzadə və  Xa sinif şagirdlərinin iştirakı ilə 9 noyabr “Bayraq günü”-nə  həsr olunmuş açıq dərs keçirildi. Tədbirdə  Neftçala Rayon Təhsil Şöbəsinin metodisti Əlövsət Rzayev, mərkəzin direktoru Ruhəngiz Nəcəfli, 3 nömrəli məktəbin direktoru Vüqar Dadaşov və digər məktəblərin müəllim və şagirdləri iştirak etmişdir. Tədbir müəllimin peşəkarlığı və şagirdlərin sərbəstliyi fonunda mükəmməl alınmışdır. Tədbirin sonunda dərs müzakirə edilərək müsbət və mənfi cəhətləri qeyd olunmuşdur. Dərsin bütün mərhələlərində yeni təlim metod və texnologiyalarından  istifadə edilməsi həm  tədbir iştirakçıları , həm də  şagirdlərin böyük marağına səbəb olmuşdur. Ümumilikdə tədbir iştirakçıları açıq  dərsdən  məmnun qaldıqlarını vurğulamışlar.


Açar sözlər: ,  ,