15.12.2016

 “Azərbaycanın İntellektual Birincisi“ layihəsinin final mərhələsi

Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında Azərbaycan Respublikası İdman və Gənclər Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan İntellektual Birincisi “ layihəsinin final mərhələsinin oyunları və bağlanış mərasimi  keçirilmişdir.”İrəli” İctimai Birliyinin bu layihəni keçirməkdə məqsədi  gənclərin maarifləndirilməsi , onların  intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutan  silsiləvi layihələrdən olan  “Azərbaycanın İntellektual Birincisi “ layihəsində ümumilikdə  10 region , 66 rayon , 1109 gənc iştirak etmişdir.

Neftçala rayonunu bu yarışlarda “ Vətəni  tanı “ oyun  növü üzrə  E.Həbibov adına şəhər 4 saylı tam orta məktəbin XI sinif  şagirdi  Hakim Quliyev  təmsil etmişdir .

İştirakçılar 2 nəfər  olmaqla 5 yarımqrupa bölünmüşdür.Yarımfinal yarışında Hakim Quliyev Lənkəran təmsilçisinə qalib gələrək finala  çıxmışdır.Final mərhələsində isə o, IV yerə layiq görülmüşdür. Qeyd edək ki, I yerə Bakı şəhərinin Nizami rayonu , II yerə Balakən rayonu , III yerə isə Zərdab rayonunun təmsilçiləri layiq görülmüşlər.


Açar sözlər: ,  ,