27.12.2016

Buraxılış imtahanlarının forma və məzmun etibarı ilə  yeni  qaydalarla keçirilməsi ilə əlaqədar təqdimatlar keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi 19 dekabr 2016-cı il tarixli məktubunda  IX siniflərdə buraxılış imtahanlarının forma və məzmun etibarı ilə ilk dəfə keçirildiyini nəzərə alaraq imtahanın keçirilmə qaydası və məzmunu ilə bağlı kifayət qədər sualların olacağını və bu baxımdan təhsil işçilərinin maarifləndirilməsini məqsədəmüvafiq hesab etmişdir. Təhsil Nazirliyi bu məsələ ilə əlaqədar  təhsil şöbələri üçün 3 təqdimat hazırlamışdır:

-IX sinif buraxılış imtahanlarında yeni qaydalar

-Yeni tip suallar  - Azərbaycan dili , riyaziyyat

20 dekabr 2016-cı il tarixdə 8 nəfər Neftçala RayonTəhsil Şöbəsi əməkdaşlarının və  6 nəfər rayonun  qabaqcıl müəllimlərinin iştirakı  ilə yığıncaq keçirilmişdir.Yığıncaqda Azərbaycan dili , riyaziyyat müəllimləri ilə seminarların,  izahat işlərinin aparılması ilə bağlı nümayəndələr və daxili zonalar müəyyənləşdirilmişdir.

21 dekabr 2016-cı il tarixdə rayonun ümumtəhsil məktəblərinin 45 nəfər direktor  və 36 nəfər direktor müavininin iştirakı ilə yığıncaq , 22 dekabr 2016-cı il tarixdə Astanlı kənd tam orta məktəbində 18 ümumtəhsil məktəbindən 46  nəfər,  23 dekabr 2016-cı il tarixdə Neftçala şəhər 1 saylı  tam orta məktəbində 17 ümumtəhsil məktəbindən 42 nəfər , 23 dekabr 2016-cı il tarixdə Xolqarabucaq kənd tam orta məktəbində rayonun 9  ümumtəhsil məktəbindən 22 nəfər Azərbaycan dili , riyaziyyat müəlimlərinin iştirakı ilə seminarlar  keçirildi

Seminarlarda IX sinif buraxılış imtahanlarında yeni qaydalar haqqında  Rayon Təhsil şöbəsinin müdiri Ə.Kərimov, metodist S.Məmmədov , aparıcı məsləhətçilər  G.Rəhimova , A.Yadigarov  məlumat verdi . Azərbaycan dili və riyazziyyat fənlərində istifadə olunacaq yeni tipli suallar barədə təqdimatlar isə Xıllı qəsəbə 1 saylı tam orta məktəbin direktor müavini, riyaziyyat müəllimi Q.Hüseynov, Astanlı kənd tam orta məktəbin direktoru, Azərbaycan dili və ədəbiyyatı müəllimi M.Tağıyev, Mirqurbanlı kənd tam orta məktəbin riyaziyyat müəllimi İ. Həsənov, həmin məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi C.Rzayeva, Xolqarabucaq kənd tam orta məktəbin riyaziyyat müəllimi Ə. Məmmədov, həmin məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi O.Babayev tərəfindən  edildi.

Seminarlarda  müəllimləri maraqlandıran suallar cavablandırıldı


Açar sözlər: ,