18.01.2017

Yanvarın 15 –də  Neftçala rayonunda Respublika  fənn olimpiadalarının rayon mərhələsi keçirilib

Yanvarın 15-də Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirildi.

Neftçala rayonu üzrə şəhər 1 saylı tam orta məktəbdə keçirilən olimpiadanın rayon mərhələsində rayonun 33 ümumtəhsil məktəbindən 244 nəfər şagird öz bilik və bacarıqlarını nümayiş etdirdi. Olimpiadada iştirak edən şagirdlərdən 88 nəfər IX (onlardan arasında xüsusi istedadı və hazırlığı ilə seçilən 10 nəfər VIII sinif şagirdləri də var idi), 73 nəfər  X, 83 nəfər isə XI sinif şagirdi idi.Onlardan 242 nəfəri Azərbaycan , 2 nəfəri isə rus bölməsinin şagirdləri idi. 

Ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Neftçala rayonunda da olimpiadanın rayon mərhələsi  saat 10:00- da başladı. Olimpiada riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri olmaqla 8 fənn üzrə keçirildi.Keçən illərdən  fərqli olaraq Azərbaycan dili, tarix və coğrafiya fənlərinə 90 dəqiqə, riyaziyyat, fizika, kimya, biologiya fənlərinə isə 180 dəqiqə vaxt ayrılmışdır. Olimpiada təyin olunmuş vaxtda başa çatdı. Şagirdlərin cavab kartları yoxlanılmaq üçün Təhsil Nazirliyinə təhvil verildi.

Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaqdır.

 


Açar sözlər: ,  ,