19.01.2017

“Qanlı 20 Yanvar” mövzusunda tədbir xarakterli açıq dərs keçirilib

18 yanvar 2017-ci il tarixdə Neftçala şəhər  Heydər Əliyev mərkəzində şəhər Humanitar təmayüllü “Muğan” liseyinin Azərbaycan dili və  ədəbiyyatı müəllimi Qafarova Vüsalə Hakim qızının  VA sinif şagirdlərinin iştirakı ilə “Qanlı 20 Yanvar” mövzusunda tədbir xarakterli açıq dərs keçirildi.Tədbirdə mərkəzin direktoru, Neftçala Rayon Təhsil Şöbəsinin metodistləri, şəhər 1, 3, 4 saylı, Mirqurbanlı kənd  tam orta və ”Muğan“ liseyi  məktəblərindən  bir qrup müəllim və şagirdlər iştirak etdi.

Dərsin məqsədi:Şagirdlərin şəkil, sənədli materiallardan istifadə edərək tədqiqat aparması, milli –mənəvi dəyərləri fərqləndirmə ,faciə mövzusunda biliklərini genişləndirmə, vətən sevgisini tərənnüm etməyi öyrənmək, onu qorumağın əhəmiyyətini anlatmaq, məntiqi, tənqidi , yaradıcı təfəkkürünü inkişaf etdirməkdir. Tədbir xarakterli açıq dərs müəllimin peşəkarlığı və şagirdlərin sərbəstliyi fonunda mükəmməl alındı. Açıq dərsdə fikirlər dinlənildi, müsbət və mənfi cəhətləri qeyd olundu. Dərsin bütün mərhələlərində yeni təlim metod və texnologiyalarından  istifadə edilməsi həm  tədbir iştirakçıların , həm də  şagirdlərin böyük marağına səbəb olmuşdur. Ümumilikdə tədbir iştirakçıları açıq  dərsdən  məmnun qaldıqlarını vurğulamışlar.


Açar sözlər: ,  ,