20.01.2017

Neftçala rayon ümumtəhsil məktəblərində “20 Yanvar” faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib

Neftçala rayon ümumtəhsil məktəblərində “20 Yanvar” Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbirlərin keçirildiyi məktəblərdən şəhər 1,2,3,4 saylı, Xıllı qəsəbə 1,2 saylı, Həsənabad qəsəbə, Astanlı, Qədimkənd, Qaçaqkənd, Aşağı Surra kənd tam orta, Aşağı Qaramanlı, Yeniqışlaq kənd ümumi orta məktəblərini qeyd etmək olar .

Tədbirlər bir qayda olaraq Dövlət himninin səslənməsi ilə açıq elan edilmişdir. Daha sonra vətən uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla anılmışdır. Şagirdlər 20 Yanvar hadisələri ilə bağlı şeirlər səsləndirmiş, səhnəciklər göstərmişlər.

Neftçala şəhər 4 saylı tam orta məktəbdə 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş "Şəhidlik ən uca zirvədir" adlı tədbiri xüsusi ilə qeyd etmək olar .Tədbirdə 20 Yanvar faciəsinə aid kompozisiya və rəsmlər faciənin dəhşətini bir daha göstərmişdir.Sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanında 20 Yanvar Şəhidlərini yad etmişdilər.


Açar sözlər: ,  ,