27.01.2017

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum oldu.  

Neftçala rayonu üzrə olimpiadanın rayon mərhələsində iştirak edən 244 nəfər şagirddən 55 nəfəri Respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanmışdır.

Rayon ümumtəhsil məktəblərindən bu mərhələyə qatılacaq olimpiada iştirakçıları arasında 7 nəfəri IX, 20 nəfəri X, 28 nəfəri isə XI sinif şagirdləri təşkil edəcəkdir.Yarımfinal turuna ən çox vəsiqə Azərbaycan dili və ədəbiyyatı, coğrafiya, ən az vəsiqə isə fizika fənni üzrə qazanılmışdır