18.02.2017

 Rus dili və ədəbiyyatı fənni üzrə IX Respublika olimpiadası keçirilib

Cəlilabad rayon Göytəpə kənd 1 nömrəli tam orta məktəbində Azərbaycan  Respublikasının orta ümumtəhsil məktəblərində Azərbaycan və rus dillərində təhsil alan VII –VIII sinif şagirdləri üçün 2017-ci ildə səfirlik və “ Rossotrudniçestvo” nun nümayəndəliyi tərəfindən rus dili və ədəbiyyatı üzrə IX Respublika olimpiadasının zona turu keçirildi.

Olimpiadada Neftçala rayonunu 9 nəfər şagirddən ibarət komanda təmsil etdi.Onlardan 4 nəfəri rus bölməsi, 5 nəfəri isə Azərbaycan bölməsinin şagirdləri idi.Olimpiada 2 mərhələdə keçirildi.I mərhələdə test tapşırıqlarının yazılı, II mərhələdə “Gənc Natiq” müsabiqəsində verilən mövzuları şifahi cavablandıran şagirdlərin hər biri rayonu müvəffəqiyyətlə təmsil etdi və sertifikatlarla mükafatlandırıldı.