22.02.2017

Milli varlığın ifadəsi - 21 Fevral Beynəlxalq Ana Dili Günüdür!

21 fevral “Beynəlxalq Ana Dili Günü” və "Su çərşənbəsi" ilə əlaqədar  Neftçala rayon A.Cəfərov adına Astanlı kənd tam orta məktəbində məktəbin pedaqoji kollektivi və şagirdlərin iştirakı ilə tədbir keçirildi.

Tədbirdə "Beynəlxalq Ana Dili Günü"nün tarixi və əhəmiyyətindən danışıldı, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin inkişaf mərhələlərinə nəzər yetirildi,milli sərvətimiz olan ana dilimizin qorunması istiqamətində hamılıqla çalışmağın vacibliyi vurğulandı.

Şagirdlər ana dilimizə və baharın ilk xəbərçisi olan su çərşənbəsinə həsr edilmiş şeirlər, aforizmlər, atalar sözləri, mahnılar söylədi və ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.


Açar sözlər: ,