19.02.2017

"Əlaçı" televiziya layihəsinin seçim mərhələsi keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 18 fevral 2017-ci il tarixdə respublikanın bütün bölgələrini əhatə edən zonalar üzrə "Əlaçı" televiziya layihəsində iştirak edəcək şagirdlər üçün seçim mərhələsi keçirilmişdir.

Keçirilən bu seçim mərhələsində Lənkəran şəhərində Neftçala,Lənkəran, Astara, Masallı, Cəlilabad, Biləsuvar, Yardımlı, Lerik, Salyan və Cəbrayıl rayon ümumtəhsil məktəblərinin X sinif şagirdləri iştirak etmişdir.Neftçala rayonunu bu mərhələdə 15 oğlan və 15 qız olmaqla 30 nəfər X sinif şagirdlərindən ibarət komanda təmsil etmişdir.Seçim turunda şagirdlər əsas fənlər üzrə intellektual səviyyəli test suallarını cavablandırmışlar.2017-ci ilin mart-oktyabr aylarında çəkilişi aparılacaq "Əlaçı" televiziya lahiyəsinin 4 və 5-ci mövsümlərinin iştirakçılarını seçmək üçün keçirilən bu mərhələdə bütün rayonların hər birindən ən yüksək nəticə göstərən şagirdlər seçiləcəkdir.