24.02.2017

"Xocalı harayı" adlı tədbir keçirilib

22 fevral 2017-ci il tarixdə Neftçala Rayon Heydər Əliyev Mərkəzində  Neftçala şəhər 4 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə "Xocalı faciəsi"nin 25-ci il dönümü ilə əlaqədar  "Xocalı harayı" adlı tədbir keçirildi.Tədbirdə mərkəzin direktoru, Təhsil Şöbəsinin metodistləri və şəhər 4 saylı tam orta məktəbin pedaqoji kollektivi də iştirak etdi.

Məktəblilərin nümayiş etdirdiyi “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya erməni quldurlarının  bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş qəddarlığı, amansızlığı, Xocalı soyqırımının qeyri- insani cəza üsulları ilə bəşər tarixində vəhşilik nümunəsi olduğunu bir daha sübut etdi.

Tədbirin sonunda “Xocalını unutma, unutdurma” adlı rəsm sərgisinə baxış keçirildi.


Açar sözlər: ,  ,