23.02.2017

Neftçala şəhər 1 saylı tam orta məktəbdə  26 Fevral- “Xocalı soyqırımı” ilə əlaqədar açıq dərslər keçirilib

Neftçala şəhər 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Mütəllimova Güluzə  Bəyalı qızının IVa sinif şagirdlərinin iştirakı ilə əsrin ən dəhşətli faciəsi, qan yaddaşımız olan Xocalı faciəsinin 25-ci il dönümü ilə əlaqədar “Xocalı nisgili”,  Azərbaycan dili və ədəbiyyatı müəllimi Zeynalova Mətanət Abbasağa qızının  IXb sinif şagirdlərinin   iştirakı ilə isə “Bir şahidin beş şəhidi”  mövzusunda açıq dərslər keçirildi.

Açıq dərslərin əvvəlində Xocalıda amansılıqla qətlə yetirilən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. IXb sinif şagirdlərinin iştirakı ilə keçirilən açıq dərsin gedişi zamanı Xocalı soyqırımı ilə bağlı videoçarx təqdim olundu.Şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda göstərdikləri kompozisiyada bir daha göstərdilər.


Açar sözlər: ,