06.03.2017

“5 mart Bədən Tərbiyəsi və İdman Günü “ilə əlaqədar Neftçala rayon Şorkənd kənd ümumi orta məktəbində bilik yarışı keçirilib

“5 Mart Bədən Tərbiyəsi və İdman Günü“ münasibəti ilə Neftçala rayon Şorkənd kənd ümumi orta məktəbində fiziki tərbiyə müəllimi İzzət Nəsirovun təşkilatçılığı ilə V- IX siniflər arasında fiziki tərbiyə fənnindən bilik yarışı keçirildi.Tədbirdə Şorkənd kənd ümumi orta məktəbin direktoru və pedaqoji kollektivi iştirak etdi.Tədbir fənn müəlliminin və şagirdlərin fəallığı ilə çox maraqlı keçdi.

Əvvəlcə şagirdlərin fiziki tərbiyə fənnindən nəzəri bilikləri əsasında hazırladıqları təqdimatlar dinlənildi. Sonra 4 mərhələdən ibarət bilik yarışı keçirildi. İlk üç yerin qalibilərinə diplomlar verildi.Yarışın qalibi məktəbin VII sinif şagirdləri oldu.

Bilik yarışının keçirilməsində məqsəd şagirdlərin fiziki tərbiyə fənninə və idman sahəsinə olan diqqətini  daha da artırmaqdır.


Açar sözlər: ,  ,