07.03.2017

Neftçala rayon ümumtəhsil məktəbləri üzrə  fənn müsabiqəsi keçirilib

Neftçala şəhər 1 saylı tam orta məktəbdə məktəblilərin fənn müsabiqələrinin I rayon mərhələsi keçirildi.    

Fizika, riyaziyyat, kimya, biologiya və informatika fənləri üzrə keçirilən müsabiqədə rayonun ümumtəhsil məktəblərindən 118 nəfər VI və VII sinif şagirdləri iştirak etdi.    

Şagirdlər Respublika Təşkilat Komitəsi tərəfindən fənlər üzrə hazırlanan 50 sualdan ibarət test tapşırıqlarını cavablandırdılar. 50 sualdan 25-i məntiqi təfəkkürün yoxlanılması, 25-i isə fənlər üzrə I yarımildə keçirilən mövzuları əhatə edirdi. Sualların cavablandırılmasına ayrılan 3 saat ərzində şagirdlər öz bilik və bacarıqlarını nümayiş etdirdilər.    

Cavab kartları yoxlanılmaq üçün Təhsil Nazirliyinə təqdim edildi.Rayon mərhələsinin nəticələrinə əsasən hər fəndən daha çox bal toplayan şagirdlərdən ibarət komanda yaradılacaq və onlarla mütəmadi olaraq məşğələlər keçiriləcəkdir.