13.03.2017

Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib

Şirvan şəhər 16 nömrəli tam orta məktəbdə respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilmişdir. Respublika mərhələsinin yarımfinal turunda fənn olimpiadasının rayon mərhələsində qalib gələn Neftçala, Şirvan,Beyləqan, Biləsuvar,Cəbrayıl, Füzuli, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan rayonlarının 450-dən yuxarı IX-XI sinif şagirdləri iştirak etdilər. Respublika mərhələsinin yarımfinal turunda Neftçala rayonunu fənn olimpiadalarının rayon mərhələsində qalib gələn 55 nəfər şagird Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, tarix, fizika, biologiya və coğrafiya fənləri üzrə təmsil etdilər.     

Qeyd etmək lazımdır ki, respublika mərhələsinin yarımfinal turunda hər fəndən sualların ən azı 70% -nə düzgün cavab vermək şərtilə ən yüksək nəticə göstərmiş aşağı yaş qrupu üzrə 20 şagird, yuxarı yaş qrupu üzrə isə 40 şagird final mərhələsində iştirak etmək hüququ əldə edəcəkdir.    

Bildiririk ki,respublika mərhələsinin final turunun nəticələri imtahan başa çatdıqdan 10 gün sonra elan edilir.