15.03.2017

“Yurdumuza bahar gəlir” adlı bayram tədbiri keçirilib

Neftçala Rayon Heydər Əliyev Mərkəzində N.Gəncəvi adına şəhər 3 saylı tam orta məktəbin XI sinif şagirdlərinin iştirakı ilə “ Novruz” bayramına həsr  edilmiş “Yurdumuza bahar gəlir” adlı  bayram tədbiri keçirildi. Tədbirdə Heydər Əliyev mərkəzinin direktoru, rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri, şəhər 1, 3, 4 saylı tam orta məktəblərin və “Muğan” liseyinin  şagird və pedaqoji kollektivi iştirak etdi. Tədbiri açıq elan edən mərkəzin direktoru tədbir iştirakçılarını xalqımızın ən əziz bayramlarından olan “Novruz” bayramı münasibəti ilə təbrik etdi.  

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sünbül Cəlalova tərəfindən təşkil edilmiş tədbirdə XI sinif şagirdlərinin ifasında şeirlər, musiqi nömrələri ifa olundu, qrup şəklində yarışlar keçirildi. Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə tədbirdə bayram əhval-ruhiyyəsini daha da artırırdı.

Sonda Neftçala şəhər 3 saylı tam orta məktəbin direktoru Vüqar Dadaşov  çıxış edərək tədbirə gəlmiş qonaqlara, iştirak edən şagirdlərə öz dərin təşəkkürünü bildirdi və  XI sinif şagirdlərinə fəxri fərman təqdim etdi.


Açar sözlər: ,  ,