26.05.2017

28 May-Respublika Günü münasibəti ilə  tədbir keçirildib

Neftçala rayon Heydər Əliyev Mərkəzində Neftçala şəhər 1, 4 saylı və “Muğan” liseyinin şagirdlərinin iştirakı ilə 28 May Respublika Gününə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, Neftçala Rayon Təhsil Şöbəsinin metodistləri, mərkəzin kollektivi, eləcə də rayon ictimaiyyəti tamaşaçı qismində iştirak etdilər.

Tədbir mərkəzin direktorunun tədbiri açıq elan etməsi və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı.

Tədbirdə  Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və onun Şərqin ilk demokratik respublikası olaraq dünya dövlətçilik tarixinə töhfələrindən, habelə ölkəmizdə müasir dövlət quruculuğu yolunda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına tarixi xidmətlərindən söhbət açıldı.

Sonra məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiyalar göstərildi, rəngarəng rəqs, mahnı, şeir nömrələri nümayiş olundu.

Tədbirin sonunda xatirə şəkli çəkildi.


Açar sözlər: ,  ,