30.05.2017

Reproduktiv sağlamlıqla bağlı seminar keçirilib

26 may 2017-ci il tarixdə Neftçala şəhər 1 saylı  tam orta məktəbdə Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birlikdə “Ümidli Gələcək” Gənclər ictimai birliyinin həyata keçirdiyi “Reproduktiv sağlamlığın tədrisi” ilə əlaqədar  seminar keçirildi.

Reproduktiv sağlamlığın tədrisi ilə əlaqədar müəllimlərin maarifləndirilməsi məqsədilə keçirilən seminarda  Neftçala rayon ümumtəhsil məktəblərində biologiya fənləri üzrə tədris aparan müəllimlər iştirak etdilər.

Seminarın keçirilməsində məqsəd rayonun ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri olan qızların müəllimlər tərəfindən reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlara yiyələndirilməsi, sanitar, gigenik qaydalara düzgün riayət edilməsi,hər cür zərərli vərdişlərdən uzaqlaşmağı bacaran fərdlər kimi formalaşdırılmasıdır.

Reproduktiv sağlamlıqların müdafiəsi ilə bağlı keçirilən tədbirdə dərsləri tədris edəcək müəllimlərin mövzu ilə tanışlığı təmin edildi və maarifləndirici materiallar paylanıldı.

Tədbirin sonunda VI-VII sinif  şagirdləri olan qızlar  üçün mövzuya dair məhsullar paylanıldı

Qeyd edək ki, 01 iyun tarixindən dərslərə başlanılacaqdır. 01 -10 iyun arası  keçirilən dərslərdə qızlarla yanaşı, valideynlərin iştirakı da təmin edilir