02.06.2017

Neftçala şəhər 1 saylı tam orta məktəbdə "Uşaqlar bizim gələcəyimizdir" adlı tədbir keçirilib

Neftçala rayonunun hər bir ümumtəhsil məktəbində olduğu kimi şəhər 1 saylı tam orta məktəbdə də 1iyun-Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar tədbir keçirildi. Belə ki, 01.06..2017-ci il tarixdə bu günlə əlaqədar Neftçala şəhər 1 saylı tam orta məktəbdə "Uşaqlar bizim gələcəyimizdir" adlı tədbir keçirildi.

Tədbirdə şagirdlər müxtəlif ədəbi-bədii kompozisiyalar göstərdilər, məktəbin rəqs qrupu isə "Ağ çiçəyim" rəqsini ifa etdi. Bayram münasibətilə məktəbin foyesində sərgi də təşkil edildi. Sərgidə rəsm işlərinə görə fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən diplom və fəxri fərmanlarla mükafatlandırıldılar.


Açar sözlər: ,  ,