09.06.2017

“Qəzetlərin təbliği, təşkili və ən yaxşı lüğət redaktoru" layihəsi

Neftçala rayon Mirqurbanlı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi Cavahir Məmmədovanın rəhbərliyi altında VIII sinif şagirdlərinin iştirakı ilə "Qəzetlərin təbliği, təşkili və ən yaxşı lüğət redaktoru" layihəsi çərçivəsində tədbir keçirildi.

Tədbirdə Gündoğar qəzetinin redaktor müavini, Təhsil şöbəsinin nümayəndələri və məktəbin pedaqoji kollektivi iştirak etdi.

Əvvəlcə şagirdlər il boyu hazırladıqları qəzet ve lüğətlər haqqında məlumatlar verdi və hazırladıqları qəzetləri dəyərləndirmək üçün tədbir iştirakçılarına təqdim etdilər.

Daha sonra məktəblilər satirik şairimiz  Mirzə Ələkbər Sabirin "Əhvalpürsanlıq" və "Çatlayır Xanbacı" satirası əsasında səhnəciklər göstərdilər.

Sonda şagirdlər Mücrü" əsərini səhnələşdirməklə layihəni başa vurdular.

Tədbir  iştirakçıları  keçirilən layihə haqqında öz rəylərini bildirdilər və şagirdlər diplomlarla mükafatlandırıldı.


Açar sözlər: ,  ,