12.06.2017

Birinci siniflərin “Əlifba” bayramı keçirilib

Neftçala şəhər 1 saylı tam orta məktəbin birinci siniflərində “Əlifba“ bayramı keçirildi.

Tədbirdə müəllimlərlə yanaşı,  valideynlər də iştirak etdi.

Birincilərin sevincinə səbəb olan bu bayramda bir sıra maraqlı anlar yaşandı.Onlar öz məharətlərini göstərərək  “Qoğal”, “Turp” nağılları əsasında hazırladıqları tamaşaları nümayiş etdirdilər.

Şagirdlərin “Hərflərin nəğməsi”, “Hərflərin səyahəti”, “Qarabağ çiçəyinin ətri” adlı nümayiş etdirdikləri  rənagarəng səhnəciklər bayram iştirakçıları tərəfindən maraqla qarşılandı. Birincilər səhnəciklərlə yanaşı, dünya xalqlarından müxtəlif rəqslər ifa etdilər, vətənpərvərlik , ana mövzusunda şeir və mahnı parçaları səsləndirdilər.


Açar sözlər: ,