16.06.2017

Neftçala rayon ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirildi.  

14 iyun 2017 ci il tarixdə Neftçala rayonunun ümumtəhsil məktəblərində ənənəyə uyğun olaraq “Son zəng” tədbiri  təntənəli şəkildə qeyd edildi.

Tədbir rayonun ümumtəhsil məktəblərindən şəhər 1, 2, 3, 4 nömrəli, “Muğan” liseyi, Həsənabad qəsəbə, Bankə qəsəbə 1 və 2 , Xıllı qəsəbə 2 nömrəli, Qədimkənd, Astanlı, Cəngən, Aşağı Surra kənd tam orta, Şorkənd, Yeniqışlaq, Aşağı Qaramanlı kənd ümumi orta məktəblərində xüsusi ilə qeyd edildi.

Tədbirlərdə məktəblərin müəllim-şagird  kollektivi ilə yanaşı, Təhsil Şöbəsinin əməkdaşları,  valideyn komitələrinin,  yerli icra  və bələdiyyə orqanlarının nümayəndələri, valideyinlər və sabiq məzunlar iştirak etdilər.Tədbir iştirakçıları müstəqil həyatın astanasında duran məzunlara uğurlar və ölkəmiz, xalqımız üçün layiqli övlad olmalarını arzuladılar.

“Son zəng” tədbirlərində məktəblərin şagirdləri bir-birindən maraqlı çıxışlar edərək günün sevincini yaşadılar. Məktəblərin məzunlarının iştirakı ilə mahnılar, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirildi və səhnəciklər göstərildi. Dərs ilini müvəffəqiyyətlə başa vuran, eyni zamanda il ərzində rayon və respublika miqyaslı yarış və müsabiqələrdə qalib gələn şagirdlər diplom və  fəxri fərmanlarla  mükafatlandırıldılar.