13.06.2017

Neftçala şəhər 3 saylı tam orta məktəbdə təlim keçirilib

Təhsil Nazirliyinin  və "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə 11 may-13 iyun tarixlərində N.Gəncəvi adına Neftçala şəhər 3 saylı tam orta məktəbdə "İbtidai sinif və fənn müəllimləri üçün təhsildə innovativ texnologiyalar və elektron məzmundan istifadə" adlı təlim keçirilib.

Təlimdə müəllimlər MS office proqramlarında resurslar hazırlama, internet resurslarından istifadə etmə, təhsil üçün faydalı proqramlarda işləmək və İKT-nin digər imkanlarından istifadə etmək bacarıqlarına yiyələniblər.

Qeyd edək ki, bu təlimlər Bakı şəhəri və digər rayonlar üzrə də keçirilib. Təlimlərin sonunda müəllimlərin bilik və bacarıqları məsul şəxslər tərəfindən yoxlanılaraq qiymətləndirildikdən sonra  nəticələrinə uygun olaraq sertifikat,kompyuter və elektron lövhə ilə mükafatlandırılıb