18.09.2017

Neftçala rayonunun ümumtəhsil məktəblərində “Bilik günü” qeyd edildi.

15 sentyabr 2017-ci il tarixdə Neftçala rayonunun ümumtəhsil məktəblərində “Bilik günü” böyük coşqu ilə qeyd edildi.

Keçirilən tədbirlərdə Neftçala Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsinin nümayəndələri qonaq qismində iştirak etdilər.

Məlumat üçün bildirək ki, rayonda 50 ümumtəhsil,1 İnteqarsiya təlimli internat tipli gimnaziya, 1 məktəbdənkənar, 1 peşə liseyi, 16 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu il rayonun Tatarməhlə və Yenikənd kənd ümumi orta məktəbləri üçün 56 yerlik modul tipli məktəblərin tikintisi tamamlanmış, hal-hazırda Mikayıllı kənd ümumi orta və Sübh kənd ibtidai məktəbləri üçün modul tipli məktəblərin  tikintisi davam etdirilir.

Qeyd edək ki, 2017-2018-ci dərs ilində şəhər 1 saylı tam orta məktəbində humanitar, texniki-riyaziyyat-iqtisadiyyat, şəhər 4 saylı tam orta məktəbində texniki, Bankə qəsəbə 1 saylı tam orta məktəbində riyaziyyat-iqtisadiyyat-humanitar, Aşağı Surra kənd tam orta məktəbində riyaziyyat-iqtisadiyyat-humanitar və Qədimkənd kənd tam orta məktəbində texniki istiqamətli təmayül siniflər açılmış, 2012-ci ildə doğulmuş 1052 nəfər uşaqdan 692 nəfəri (66%) məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulmuşdur.