27.09.2017

"Əlaçı” televiziya layihəsinə seçim turu keçirildi.

   23.09.2017-ci il tarixdə Lənkəran şəhərində keçirilən “Əlaçı” intelektual bilik yarışmasının ilkin mərhələsində Neftçala rayon ümumtəhsil məktəblərinin şagirdləri də iştirak etdi.

    Seçim turunda hər bir rayonundan 30 nəfər (15 qız, 15 oğlan) XI sinif şagirdi mübarizəyə qoşuldu. Bundan başqa, bilik yarışında könüllü kimi qeydiyyatdan keçən şagirdlər də iştirak etdilər.

    Cəlilabad, Masallı, Biləsuvar, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının  ümumtəhsil məktəblərinin şagirdləri də daxil olmaqla, ümumilikdə 240 nəfərə yaxın XI sinif şagirdi keçirilən seçim turuna qatıldı.

    Test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri əhatə edən 50 açıq sual verildi.

    Qeyd edək ki, paytaxt  üzrə də seçim turu keçirilib.

    Müsabiqənin yekunlarına görə, ən yüksək nəticə göstərən şagirdlər 5-8 oktyabr tarixində “Əlaçı” televiziya layihəsinin V mövsümünün çəkilişlərində iştirak edəcək.

 


Açar sözlər: ,  ,