10.11.2017

9 noyabr – "Dövlət Bayraq Günü” münasibətilə müxtəlif tədbirlər keçirilib

Neftçala rayon ümumtəhsil müəssisələrində 9 noyabr – "Dövlət Bayraq Günü” münasibətilə bayram tədbirləri keçirildi. Keçirilən tədbirlərdə tədbir iştirakçıları məktəb rəhbərləri və  tarix müəllimləri tərəfindən Bayraq Gününün tarixi haqqında məlumatlandırıldı. Tədbirlərdə məktəblilərin ifasında bayrağımıza həsr olunmuş şeir və ədəbi kompozisiyalar, rəsm və əl işləri nümayiş etdirildi. 

Neftçala şəhər 1, 2 ,3, 4 saylı, “Muğan” liseyi, Xıllı qəsəbə 2 saylı, Mirqurbanlı kənd, Cəngən kənd tam orta məktəblərində keçirilən tədbirləri xüsusilə qeyd etmək olar.


Açar sözlər: ,  ,  ,