21.11.2017

Azərbaycan Uşaqlarının IV Ümumrespublika  Forumu

20 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və YUNİSEF-in birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirildi.

Forumun açılışında Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, AQUPDK-nın sədri Hicran Hüseynova, UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan, Türkiyənin ailə və sosial siyasət nazirinin müavini Mehmet Karabay, Bolqarıstanın Uşaqların Müdafiəsi üzrə Dövlət Agentliyinin sədr müavini Valentin Dimitrov iştirak etdilər.

Qeyd edək ki, Foruma Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən 6-18 yaşarası 380 uşaq qatılıb.

Forumun məqsədi uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdir.

Xatırladaq ki, forumda rayonumuzu şəhər 4 saylı tam orta məktəbin direktoru Şəfəq Balaşovanın rəhbərliyi altında həmin məktəbin məzunu, Dövlət İqtisad Universitetinin tələbəsi Mahmud Səmədov və məktəbin XI sinif şagirdi Vəfa Məmmədli təmsil etdi.

 

 

 

 

 

 


Açar sözlər: ,