04.12.2017

Şahmat idman növü üzrə növbəti qələbələrimiz

Azərbaycan Respublika Təhsil Nazirliyi “Təhsil” Respublika İdman Mərkəzinin 2017-ci il üçün Təqvim planına uyğun olaraq Uşaq Gənclər Şahmat Məktəbləri, Uşaq Gənclər İdman-Şahmat Məktəbləri və Uşaq Gənclər İdman Məktəblərinin şahmat bölmələri arasında “Təhsil” RİM-nin şahmat üzrə Respublika birinciliyinin zonalar üzrə yarışları keçirildi.VI zona üzrə Salyan şəhərində keçirilən yarışlarda Neftçala rayonundan əlavə (Salyan, Lənkəran, Masallı, Astara, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabad, Şuşa, Ağdam, Laçın, 11 nömrəli UGİM) komandalar da iştirak etdilər.

Yarışlarda rayonumuzu 12 nəfərdən ibarət komanda təmsil etdi. Onların 11 nəfəri I, II, III yerlərə layiq görülərək mükafatlandırıldı: 17 yaşlı oğlanlar arasında şəhər 1 saylı tam orta məktəbin şagirdi Alim Muradlı, qızlar arasında isə Bankə qəsəbə 1saylı tam orta məktəbin şagirdi Şəmsizadə Aydan I yerə , 15 yaşlı  qızlar arasında şəhər 4 saylı tam orta məktəbin şagirdi Fidan Əzizli III, 13 yaşlı oğlanlar arasında şəhər 4 saylı tam orta məktəbin şagirdi Böyükağa Nuriyev III, qızlar arasında isə həmin məktəbin şagirdi Solmaz Sadıqova I, 11 yaşlı oğlanlar arasında şəhər 4 saylı tam orta məktəbin şagirdi  Sultan Rizvanov III, qızlar arasında isə həmin məktəbin şagirdi Xədicə İsmayılzadə I, 9 yaşlı oğlanlar arasında şəhər 4 saylı tam orta məktəbin şagirdi Allahyar Abdullayev II, qızlar arasında isə Elektrik şəbəkə ibtidai məktəbin şagirdi Səyyarə Kərimli III, 7 yaşlı oğlanlar arasında şəhər internat məktəbin şagirdi Samir Mustafazadə II , qızlar arasında isə şəhər 1 saylı tam orta məktəbin şagirdi Nuray Paşazadə II yerə layiq görülmüşdür.

Zona üzrə I və II yerlərin qalibləri final mərhələsinə vəsiqə qazanmışlar.