29.12.2017

 31 dekabr –“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü “ və “ Yeni il “ münasibətilə tədbirlər keçirildi.    

 

Neftçala rayon təhsil müəssisələrində 31 dekabr-“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il“ bayramı təmtəraqlı şəkildə qeyd edildi. Rayonun bütün ümumtəhsil müəssisələrində bayram tədbirləri keçirildi. Tədbirlərdə təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər, şagirdlər və digər qonaqlar iştirak etdilər. Şagirdlərin vətən, həmrəylik və “Yeni il”bayramı ilə bağlı söylədikləri şeirlər, hazırladıqları səhnəciklər, ifa etdikləri milli rəqslər, mahnılar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Neftçala şəhər 1, 2 ,3, 4 saylı  Bankə qəsəbə 2 saylı, Mirqurbanlı,Yuxarı Qaramanlı  kənd tam orta  məktəblərində keçirilən tədbirləri xüsusilə qeyd etmək olar.

          Bu bayramlar rayon səviyyəsində də yüksək şəkildə qeyd edildi. Heydər Əliyev Mərkəzində keçirilən bayram tədbirində digər iştirakçılarla yanaşı, şəhər 1 saylı tam orta məktəbin şagirdləri fəal iştirak etdilər. Məktəbin şagirdlərinin  rəngarəng rəqsi tədbir iştirakçılarının marağına səbə oldu. 

 


Açar sözlər: ,  ,