19.01.2018

“20 Yanvar” faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirildi.  

   

    Neftçala rayon ümumtəhsil məktəblərində “20 Yanvar” Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

    Yanvarın 19-da rayonun bütün məktəblərində ilk dərslər “20 Yanvar”  şəhidlərinin Azərbaycan tarxinin daş salnaməsinə qanlı hərflərlə yazdıqları qəhrəmanlıq səhifəsinə həsr olunmuşdur. Tədris olunan dərslərdə və tədbirlərdə 28 il əvvəl yaşanmış faciə xalqımızın qürur və şərəf günü kimi xarakterizə olunmuş, müstəqilliyini və azadlığını əldə etmək istəyən soydaşlarımızın istiqlal günü kimi qeyd edilmişdir.

   Eləcə də təhsil ocaqlarında rəsm, şeir, və inşa müsabiqələri, fotostendlər, ədəbi-bədii kompozisiyalar təşkil edilmiş, şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması, yeni yetmələrin qan yaddaşının cilalanması istiqamətində digər mövzu tədbirləri həyata keçirilmişdir.

     Tədbirlər bir qayda olaraq, Dövlət himninin səslənməsi ilə açıq elan edilmiş, sonra vətən uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla anılmışdır. Şagirdlər milli vətənpərvərlik ruhu ilə dolu şeirlər, səhnəciklər nümayış etdirmişlər.

    “20 Yanvar” faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbirlərin keçirildiyi məktəblərdən şəhər 1,2,3,4 saylı, Xıllı qəsəbə 1,2 saylı, Mirqurbanlı, Astanlı, Qədimkənd, Xolqaraqaşlı kənd tam orta, Aşağı Qaramanlı, Yeniqışlaq kənd ümumi orta məktəblərini qeyd etmək olar.

 

.


Açar sözlər: ,  ,  ,