09.02.2018

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi məktəblilər tərəfindən anıldı.

07 fevral 2018-ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü rayonun təhsil müəssisələrinin pedaqoji heyət və şagirdləri tərəfindən anıldı. Belə ki, Neftçala rayonu Heydər Əliyev Mərkəzində  şəhər 1 saylı tam orta məktəbin IIb sinif şagirdlərnin iştirakı ilə Milli Qəhrəmana həsr edilmiş tədbir keçirildi. Məktəblilər Milli Qəhrəmana həsr edilmiş şeir və musiqi parçaları ifa edərək, ədəbi kompazisiyalar nümayiş etdirdilər.

Neftçala rayonu Q.Nuralıyev adına Xolqaraqaşlı kənd tam orta məktəbinin IIIa sinif şagirdləri və bir qrup müəllimi isə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar qəhrəmanın ev muzeyində oldular. Şəhidin atası Ağakərim İbrahimovla görüş şagirdlərin yaddaşında dərin iz buraxdı.Şagirdlər maraqlı kompozisiya ilə çıxış edərək şəhidin ailə üzvlərinə dəstək olmağa çalışdılar. Onlar qeyd etdilər ki, xalqımızın mübarizlik simvoluna çevrilən Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, azadlığı uğrunda həlak olan şəhidlər qəlbimizdə daim yaşayacaq.


Açar sözlər: ,