12.02.2018

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum oldu.

  

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında fevralın 4-də keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum oldu.

Neftçala rayonu üzrə olimpiadanın rayon mərhələsində iştirak edən 258 nəfər şagirddən 42 nəfəri Respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanmışdır. Rayon ümumtəhsil məktəblərindən bu mərhələyə qatılacaq olimpiada iştirakçıları arasında 13 nəfəri IX, 13 nəfəri X, 16 nəfəri isə XI sinif şagirdləridir.