23.02.2018

"Beynəlxalq Ana dili Günü"

Neftçala rayon üzrə ümumtəhsil müəssisələrində 21 fevral “Beynəlxalq Ana Dili Günü” ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərdə məktəb rəhbərləri tərəfindən "Beynəlxalq Ana Dili Günü"nün tarixi və əhəmiyyətindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin inkişaf mərhələlərinə nəzər yetirilib,milli sərvətimiz olan ana dilimizin qorunması istiqamətində hamılıqla çalışmağın vacibliyi vurğulanıb.

Şagirdlərə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açılıb.Şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Neftçala rayonu Xolqaraqaşlı kənd tam, Xıllı qəsəbə 2 saylı tam orta məktəblərin “Beynəlxalq Ana Dili Günü” ilə bağlı keçirdiyi tədbirləri xüsusi vurğulamaq olar.


Açar sözlər: ,  ,