26.02.2018

Xocalı faciəsinin 26-cı ildönümü

Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar Neftçala rayon ümumtəhsil məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr olunub.

Rayonun məktəblərində faciə ilə əlaqədar tədbirlər keçirilməklə yanaşı, şagirdlərin əl işləri, rəsmlərindən ibarət sərgilər, idman yarışları  təşkil olunub.

Belə ki, nümayiş olunan sərgilər arasında Neftçala şəhər 1 saylı tam orta məktəbin foyesində təşkil olunan şagirdlərin əl işlərindən ibarət sərgisini xüsusi vuğulamaq olar.

Neftçala Rayon H.Əliyev Mərkəzində Neftçala şəhər 4 saylı tam orta məktəbin bir qrup müəllim və şagird heyətinin iştirak ilə “Xocalı Fəryadı” adlı tədbir keçirilib.Tədbirdə şagirdlərin ifasında dəhşətli faciənin ağrı-acıları kompozisiya şəklində nümayiş etdirilib. Xocalı faciəsinə aid məlumatlar müxtəlif dillərdə səhnəciklər şəklində nümayiş etdirilib.

Rayonun Xolqaraqaşlı kənd tam orta məktəbində isə Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı ibtidai siniflər arasında idman yarışı keçirilib.Yarışın sonunda qalib komandalar məktəb rəhbərliyi tərəfindən mükafatlandırılıb.


Açar sözlər: ,  ,