19.03.2018

Neftçala rayonu ümumtəhsil məktəblərində “Novruz “ bayramınına həsr olunmuş tədbirlər keçirilib

Azərbaycan xalqının adət-ənənələrini özündə əks etdirən qədim bayramlarımızdan biri olan “Novruzun“ gəlişi ilə əlaqədar Neftçala rayon ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilib.Baharın gəlişini, təbiətin oyanışını özündə təcəssüm etdirən "Novruz" bayramına həsr olunan tədbirlər rayonun ümumtəhsil məktəblərindən şəhər 1,2,3,4 saylı, Xıllı qəsəbə 2 saylı, Aşağı Surra, Qədimkənd, Xolqaraqaşlı Astanlı, Cəngən kənd tam orta, Yeniqışlaq, Şorkənd kənd ümumi orta məktəblərində təntənəli şəkildə qeyd edilib.

Tədbirlərdə Novruz personajları olan Keçəl və Kosanın məzəli oyunları, Bahar qızın gəlişi xüsusi diqqət çəkib.Şagirdlər Novruza, baharın gəlişinə həsr olunmuş şeirlərdən parçalar söyləyib, maraqlı səhnəciklər nümayiş etdiriblər.

Qeyd edəki ki, rayonun "Heydər Əliyev Mərkəzi"ndə "Yurdumuza bahar gəlir" adlı bayram tədbirində şəhər 4 saylı tam orta məktəbin şagirdləri daha fəal çıxış ediblər.

Tədbirlərin keçirilməsinin əsas məqsədi xalqımızın adət-ənənələrini yaşatmaq, bayram adətlərini yeni nəslə ötürmək, şagirdlərin milli ruhda yetişdirilməsini təmin etməkdir.


Açar sözlər: ,  ,