02.04.2018

31 mart - Azərbaycanlıların Soyqırımının 100 illiyi ilə əlaqədar keçirilən tədbirlər

31 mart soyqırımının 100 illiyi ilə əlaqədar Neftçala rayon ümumtəhsil məktəblərində silsilə tədbirlər həyata keçirilib. Rayonun şəhər 1,2,3,4 saylı , “Muğan” liseyi, Bankə qəsəbə 1,2 saylı, Astanlı, Qədimkənd, Xolqaraqaşlı kənd tam, Aşağı Qaramanlı, Yenikənd, Şorkənd kənd ümumi orta məktəblərində hüzn günü ilə əlaqədar dəyirmi masalar, sərgilər, inşa müsabiqələri, şeir və ədəbi kompozisiyalardan ibarət tədbirlərlər keçirilib.

Soyqırımı ilə bağlı rayonun Heydər Əliyev Mərkəzində rayon rəhbərliyinin iştirakı ilə keçirilən rayon tədbirində şəhər 1 və 4 saylı tam orta məktəbin şagirdlərinin çıxışı daha təsirli və yadda qalan olub.Tədbirdə rayon rəhbərliyi tərəfindən sərgiyə baxış keçirilib və sonda qısa metrajlı sənədli film nümayiş olunub.


Açar sözlər: ,  ,  ,