02.04.2018

“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilib

“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilib.

 Azərbaycan Respublikası Təhsil nazirinin 12 fevral 2018-ci il tarixli F\120 nömrəli əmrinə əsasən, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Ən yaxşı təqdimat “ müsabiqəsinin təşkili ilə əlaqədar Təhsil şöbəsində 5 nəfərdən ibarət işçi qrupu və 4 nəfərdən ibarət münsiflər heyəti yaradılıb.

Müsabiqənin rayon mərhələsində 25 nəfər IX-XI sinif şagirdləri iştirak edib. Aşağı Surra kənd tam orta məktəbin XI sinif şagirdi Məhərrəmova Aybəniz Akif qızı müsabiqənin qalibi elan edilərək respublika mərhələsində iştirak etmək hüququ qazanıb.


Açar sözlər: ,  ,  ,