19.04.2018

7 şagirdimiz Respublika fənn olimpiadalarının final mərhələsinə vəsiqə qazanıb

Şirvan şəhər 16 nömrəli tam orta məktəbdə keçirilən Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda iştirak edən rayonumuzun 42 nəfər şagirdindən 7 nəfəri  republika üzrə ilk 20-liyə düşərək  final mərhələsinə vəsiqə qazanıb.Final mərhələsinə vəsiqə qazanan şagirdlərimiz Azərbaycan dili fənni üzrə Bankə qəsəbə 1 saylı tam orta məktəbin XI sinif şagirdləri Quliyev Əfqan Mirzə oğlu və  Qarayeva Sevil Elşən qızı, tarix fənni üzrə Cəngən kənd tam orta məktəbin X sinif şagirdi Ələkbərova Fatimə Ələsgər qızı və Astanlı kənd tam orta məktəbin X sinif şagirdi Məhərrəmov Tayfur Məhərrəm oğlu, coğrafiya fənni üzrə şəhər 4 saylı tam orta məktəbin XI sinif şagirdi Əliyev Rəsul Famil oğlu, fizika fənni üzrə isə Xıllı qəsəbə 1 saylı tam orta məktəbin IX sinif şagirdi Sadıqov Xəyal Bəxtiyar və Seyfullazadə Əli Feyzi oğludur.

Şagirdlərimizin final mərhələdə iştirakı üçün bütün lazımı tədbirlər həyata keçirilir.