30.04.2018

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş tədbir

Neftçala rayonu Qədimkənd kənd tam orta məktəbində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixi dövrə nəzər salıb. Məktəbin  tarix müəllimləri də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, tarixi haqqında məlumat veriblər.

Məktəb şagirdlərinin Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan ədəbi-bədii kompozisiyası rəğbətlə qarşılanıb.

Məktəblilərin ölkəmizin xəritəsini əks etdirən düzülüşü xüsusi  marağa səbəb olub.  

 


Açar sözlər: ,  ,