11.05.2018

Rayonumuzun 4 nəfər şagirdi Respublika fənn olimpiadalarının qalibi oldu.  

 

Mayın 5-də Fizika, riyaziyyat və informatika təmayüllü liseydə Respublika fənn olimpiadalarının final turu keçirilib. Bu mərhələdə 780 şagird iştirak etmək hüququ qazanıb.

Şagirdlər fənlərdən asılı olaraq 2-4 saat saat ərzində sualları cavablandırıblar. Final mərhələdə şagirdlərə fənlərdən asılı olaraq 5-12 sayda açıq tipli sual təqdim edilib.

Neftçala rayon ümumtəhsil məktəblərindən Respublika fənn olimpiadalarının final mərhələsinə vəsiqə qazanan 7 nəfər şagirddən 4 nəfəri –Şəhər 4 saylı tam orta məktəbin XI sinif şagirdi Əliyev Rəsul Famil oğlu coğrafiya fənni üzrə I- qızıl,  Astanlı kənd ümumi orta məktəbin X sinif şagirdi Məhərrəmov Tayfur Məhərrəm oğlu tarix fənni üzrə II- gümüş , Bankə qəsəbə 1 saylı tam orta məktəbin XI sinif şagirdi Qarayeva Sevil Elşən qızı Azərbaycan dili və ədəbiyyatı fənni üzrə III- bürünc, Cəngən kənd tam orta məktəbin X sinif şagirdi Ələkbərova Fatimə Ələsgər qızı isə tarix fənni üzrə  III yer- bürünc medala layiq görülmüşdür.

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılma mərasiminin mayın sonunda keçirilməsi nəzərdə tutulub.