12.05.2018

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilib.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar Neftçala rayon ümumtəhsil məktəblərində silsilə tədbirlər həyata keçirilib. Belə ki, şəhər 4 saylı və Xolqaraqaşlı kənd tam orta məktəblərdə keçirilən tədbirləri xüsusi qeyd etmək olar.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar Neftçala şəhər 4 saylı tam orta məktəbdə keçirilən tədbirdə şagirdlər rəngarəng ədəbi-bədii kompozisyalarla çıxış edib. Məktəblilərin təbii güllərlə və müxtəlif əşyalarla hazırladığı əl işləri tədbir iştirakçıların marağına səbəb olub.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar Xolqaraqaşlı kənd tam orta məktəbdə keçirilən tədbir isə Dövlət Himninin oxunması ilə başlanıb. Tədbiri giriş sözü ilə məktəbin direktoru açıqdan sonra Ümummilli Lider haqqında video-çarx nümayiş etdirilib. Sonra məktəbin şagirdlərinin ifasında kompozisiya səsləndirilib.

 

.


Açar sözlər: ,  ,  ,