16.05.2018

Rayonumuzun 4 nəfər şagirdi Respublika fənn olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində

 

 

Mayın 15-də Bakı şəhər Bulvar Hoteldə Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib. Bildirib ki, olimpiadanın nəticələrinə görə 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla 276, Naxçıvan MR daxil olmaqla isə 298 nəfər qalib elan edilib.

Qeyd edək ki, Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırma mərasimində rayonumuzun 4 nəfər şagirdi iştirak edib.

Mərasimdə şəhər 4 saylı tam orta məktəbin XI sinif şagirdi Əliyev Rəsul Famil oğlu coğrafiya fənni üzrə I- qızıl,  Astanlı kənd tam orta məktəbin X sinif şagirdi Məhərrəmov Tayfur Məhərrəm oğlu tarix fənni üzrə II- gümüş , Bankə qəsəbə 1 saylı tam orta məktəbin XI sinif şagirdi Qarayeva Sevil Elşən qızı Azərbaycan dili və ədəbiyyat fənni üzrə III- bürünc, Cəngən kənd tam orta məktəbin X sinif şagirdi Ələkbərova Fatimə Ələsgər qızı isə tarix fənni üzrə  III yer- bürünc medalla mükafatlandırılıb.


Açar sözlər: ,  ,