31.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər

Neftçala rayonu ümumtəhsil məktəblərində Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilib. Belə ki, yubileyi rayonun şəhər 1,2,3,4 saylı, “Muğan” liseyi, Xıllı qəsəbə 1, 2 saylı, Aşağı Surra, Qədimkənd, Xolqaraqaşlı, Astanlı, Cəngən kənd tam orta, Şorkənd kənd ümumi orta məktəblərində təntənəli şəkildə qeyd edilib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə AXC-nin tarixindən, keçdiyi inkişaf yolundan, mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələrdən söz açılıb.

Tədbirlərdə şagirdlər şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,