04.06.2018

Birinci siniflərin “Əlifba” bayramı keçirilib

Neftçala rayonunun ümumtəhsil məktəblərində birinci siniflərin “Əlifba“ bayramı keçirilib. Belə ki, rayonun şəhər 1, 4 saylı, Xoqaraqaşlı kənd tam orta məktəblərində keçirilən tədbirlərdə birincilərin sevincinə səbəb olan bir sıra maraqlı anlar yaşanıb. Tədbirlərdə müəllimlərlə yanaşı, valideynlər də iştirak edib.

Şəhər 1 saylı tam orta məktəbdə “Əlvida ilk müəllimim” adlı əlifba bayramına həsr olunmuş tədbir keçirilib. Birincilərin “Hərflərin nəğməsi”, “Hərflərin səyahəti”, “Qarabağ çiçəyinin ətri” adlı nümayiş etdirdikləri  rəngarəng səhnəciklər bayram iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Şəhər 4 saylı və Xolqaraqaşlı kənd tam orta məktəblərdə keçirilən tədbirlərdə birincilər səhnəciklərlə yanaşı, dünya xalqlarından müxtəlif rəqslər ifa ediblər, vətənpərvərlik , ana mövzusunda şeir və mahnı parçaları səsləndiriblər.


Açar sözlər: ,  ,