14.06.2018

Neftçala rayon ümumtəhsil məktəblərində də “Son zəng” tədbirləri keçirilib

14 iyun 2018- ci il tarixdə Neftçala rayonunun ümumtəhsil məktəblərində də ənənəyə uyğun olaraq “Son zəng” tədbiri  təntənəli şəkildə qeyd edilib.

Tədbir rayonun ümumtəhsil məktəblərindən şəhər 1, 2, 3, 4 nömrəli, “Muğan” liseyi, Həsənabad qəsəbə, Bankə qəsəbə 1 və 2 , Xıllı qəsəbə 2 nömrəli, Qədimkənd, Astanlı, Cəngən, Aşağı Surra, Xolqaraqaşlı kənd  tam orta,  Şorkənd, Yeniqışlaq, Aşağı Qaramanlı kənd ümumi orta məktəblərində xüsusi ilə qeyd edilib.

Tədbirlərdə məktəblərin müəllim-şagird  kollektivi ilə yanaşı, Təhsil Şöbəsinin əməkdaşları,  valideyn komitələrinin,  yerli icra  və bələdiyyə orqanlarının nümayəndələri, valideyinlər və sabiq məzunlar iştirak ediblər.Tədbir iştirakçıları müstəqil həyatın astanasında duran məzunlara uğurlar və ölkəmiz, xalqımız üçün layiqli övlad olmalarını arzulayıblar.

“Son zəng” tədbirlərində məktəblərin şagirdləri bir-birindən maraqlı çıxışlar edərək günün sevincini yaşayıblar. Məktəblərin məzunlarının iştirakı ilə mahnılar, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib və səhnəciklər göstərilib. Dərs ilini müvəffəqiyyətlə başa vuran, eyni zamanda il ərzində rayon və respublika miqyaslı yarış və müsabiqələrdə qalib gələn şagirdlər diplom və  fəxri fərmanlarla  mükafatlandırılıb.