22.06.2018

Əsrə bərabər yaşı olan məktəbdə

Ə. Piriyev adına Neftçala şəhər 2 saylı tam orta məktəbin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə bir çox qonaqlar: Rayon İcra Hakimiyyetinin başçısı İsmayıl Vəliyev, rayon prokuroru Aydın Əliyev, Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Rayon Polis Şöbəsinin rəisi Vüsal Şəbəndəyev, Rayon İcra Hakimiyyətinin başçısının ictimai- siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova ilə yanaşı məktəbin keçmiş məzunları BDU nun professoru, biologiya elmler doktoru Xanlar Abdullayev, texnika elmler doktoru Suliddin Əskərov, ARDNSH Nərimanov Neft ve Qazçıxarma İdarəsinin rəisi Ramil Quliyev , Azərbaycan Respublikası Müdafiə Nazirliyinin keçmiş əməkdaşı hal- hazırda təqaüdçü polkovnik mayor Emin Əliyev iştirak ediblər.

Tədbiri məktəbin direktoru Rövşən Həsənov açıq elan edərək 100 ildən bəri fəaliyyət göstərən təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan söhbət açıb, məktəbin təcrübəli pedaqoji kollektivinin olduğunu, müəllimlərin səylə çalışdıqlarını, şagirdlərin bilik, bacarıq və vərdişlərinin formalaşdırılmasında əvəzsiz xidmət göstərdiklərini qeyd edib.

Neftçala Rayon  Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov məktəb kollektivini 100 illik yubiley münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb. Ə.Kərimov Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı olan təhsil müəssisəsinin kifayət qədər zəngin inkişaf yolu keçdiyini bildirib.

Tədbirdən sonra məktəbin məzunları başqa qonaqlarla birlikdə məktəbin geniş zalına toplaşıb. Onların şərəfinə ziyafət təşkil olunub, keçmiş xatirələr bir-bir yada salınıb.

 


Açar sözlər: ,  ,