25.06.2018

Sərgidə uğur

1 iyun- “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Milli Məclis və UNİSEF-lə birgə Milli Məclisdə uşaqların iştirakı ilə “Mənim səsim- mənim hüquqlarım: Parlamentdə müzakirə” mövzusunda tədbir keçirilib.

Tədbirdən əvvəl Milli Məclisin foyesində ölkə üzrə istedadlı uşaqların "Mənim Azərbaycanım" mövzusunda rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib. Sərgidə Elton Həbibov adına Neftçala şəhər 4 saylı tam orta məktəbin VI sinif şagirdi Selcan Əliyevanın rəsm əsəri mükafata layiq görülüb. Selcan Əliyeva diplomla təltif edilib.


Açar sözlər: ,