20.06.2018

Neftçala şəhər 1 saylı tam orta məktəbin 65 illik yubileyi

Neftçala şəhər 1 saylı tam orta məktəbin 65 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə bir çox qonaqlar: Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Rayon İcra Hakimiyyətinin başçısının ictimai- siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova, məktəbin məzunu Milli Qəhrəman Samid İmanovun atası Gülağa İmanov ilə yanaşı məktəbin keçmiş məzunları Azərbaycan Respublikası Müdafiə Nazirinin kapitanı Ülvi Məhərrəmov, polkovnik-leytenant Fizuli Mehtiyev, Xüsusi təyinantlıların rəhbəri polkovnik Xətai Baxışov, Əməkdar artist Fuad Dadaşov və digər iş adamları iştirak ediblər.

Tədbiri məktəbin direktoru Ülviyyə Abdullayeva  açıq elan edərək 65 ildən bəri fəaliyyət göstərən təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan söhbət açıb, məktəbin təcrübəli pedaqoji kollektivinin olduğunu, müəllimlərin səylə çalışdıqlarını, şagirdlərin bilik, bacarıq və vərdişlərinin formalaşdırılmasında əvəzsiz xidmət göstərdiklərini qeyd edib.

Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov məktəb kollektivini 65 illik yubiley münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.

Tədbirin sonunda məktəbin məzunları keçmiş xatirələrini bir-bir yada salıb.

 


Açar sözlər: ,  ,