17.09.2018

Neftçala rayon ümumtəhsil məktəblərində "Bilik günü"

Neftçala rayonunun ümumtəhsil məktəblərində “Bilik günü” böyük coşqu ilə qeyd edilib.

Keçirilən tədbirlərdə Neftçala Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsinin nümayəndələri qonaq qismində iştirak ediblər.

Məlumat üçün bildirək ki, rayonda 50 ümumtəhsil,1 İnteqarsiya təlimli internat tipli gimnaziya, 1 məktəbdənkənar, 1 peşə liseyi, 16 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu il rayonun Xoltəzəkənd, Xolqaraqaşlı kənd ümumi orta məktəbləri üçün 80 yerlik, Mirzəqurbanlı, Qaraqaşlı, Aşağı Surra, Qazaxbərəsi, Pirəbbə kənd ümumi orta məktəbləri üçün 56 yerlik modul tipli məktəb binalarının quraşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, 2018-2019-cu dərs ilində şəhər 1 saylı tam orta məktəbində texniki-təbiət, humanitar, şəhər 4 saylı tam orta məktəbində texniki, Bankə qəsəbə 1 saylı tam orta məktəbində texniki-təbiət, Aşağı Surra kənd tam orta məktəbində texniki-riyaziyyat-iqtisadiyyat, Qədimkənd kənd tam orta məktəbində texniki, əlavə olaraq Xolqaraqaşlı kənd tam orta məktəbində riyaziyyat-iqtisadiyyat-humanitar  təmayüllü sinif olmaqla, ümumilikdə 8 təmayül siniflər açılıb, 2013-cü ildə doğulmuş 1129 nəfər uşaqdan 799 nəfəri (70%) məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulub.